- Baxış sayı: 26
- 12 Yanvar 2025 22:37
- Baxış sayı: 545
- Yanvar 10, 2025
- 0
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”la bu gün keçirilən yoxlama oyunundan (2:4) sonra açıqlama verib.
Allsport.az xəbər verir ki, o, komandasının çıxışı ilə bağlı fikrini bölüşüb:
“Bugünkü oyunda futbolçuların çıxışından razı qaldıq. Yoxlama oyunu üçün maraqlı görüş oldu. Hər iki komandanın futbolçuları çox istəkli idi. Həm oyun təcrübəsi baxımından, həm də yüklənmə baxımından yaxşı oyun oldu. Fikrimcə, futbolçularımız tam faydalana bildilər. Qarşıda altı gün vaxtımız var. “Araz-Naxçıvan”la görüşə qədər çalışacağıq ki, yaxşı formada olaq. Amma tam formaya düşmək üçün 3-4 rəsmi oyun keçirmək lazımdır”.