- Baxış sayı: 169
- 19 Yanvar 2025 17:17
- Baxış sayı: 169
- Yanvar 19, 2025
- 0
Dünya Güləş Birliyi qadın güləşi üzrə yeni ilin ilk reytinq siyasını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, sıralamasında 4 idmançımızın adı var. Ötən il dünya çempionatının gümüş mükafatçısı Yuliya Ratkeviç (60 kq) və bürünc medalçısı Mariya Stadnik (48 kq) mövqelərini qoruyub. Güləşçilərimiz müvafiq olaraq, 2-ci və 4-cü sırada qərarlaşıblar.
48 kq – 4. Mariya Stadnik – DÇ 3-cü yer (4)
58 kq – 10. İrina Netreba – AÇ 2-ci yer (13)
60 kq – 2. Yuliya Ratkeviç – DÇ 2-ci yer (2)
69 kq – 13. Nadya Sementsova – Almaniya Qran Pri turniri 3-cü yer (13)
Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.