- Baxış sayı: 47
- 20 Aprel 2025 11:23

- Baxış sayı: 74
- Aprel 22, 2025
- 0
Slovakiya paytaxtı Bratislavada qitə çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, “sərbəstlər”in qitə çempionluğundan bir neçə gün sonra “klassiklər” də eyni uğura yetişib.
3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan millimiz 151 xalla komanda hesabında 1-ci olub. Bununla da yunan-Roma güləşçilərimiz 2-ci dəfə bu uğuru təkrarlayıblar. Dunay sahilində bahadırlarımız rəqib komandaları böyük fərqlə üstələyiblər.
Xatırladaq ki, bizdən Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq) gümüş, Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıblar.