- Baxış sayı: 284
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 89
- Dekabr 05, 2025
- 0

İordaniyanın paytaxtı Əmmanda U-17 dünya çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub. Allsport.az saytı xəbər verir ki, böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi ilə millimiz 3 medal qazanıb.
Turan Daşdəmirov (51 kq) və Ayxan Cavadov (60 kq) bütün rəqiblərinə qalib gəliblər. Əmrah Əmrahov (48 kq) bürünc medal qazanıb.
Yekunda 105 xal toplayan millimiz, komanda hesabında dünya 3-cüsü olub. İran (140) 1-ci, Özbəkistan (113) 2-ci yer tutub.