- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Xəbər verdiyimiz kimi, 16-17 martda Arazın o tayında yunan-Roma güləşçilərin dünya kuboku keçiriləcək. Allsport.az saytının məlumatına görə, artıq bizdən Abadan şəhərinə yollanacaq heyət bilinib. Millinin baş məşqçi əvəzi Akif Əliyev, böyük məşqçi İlqar Abdulov və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi ilə İranda ölkəmizi Rövşən Bayramov, Taleh Məmmədov (hər ikisi – 59 kq), Kamran Məmmədov, Nofəl Babayev (66 kq), Rəsul Çunayev, Həsən Əliyev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq), Sabah Şəriəti və Oyan Nəzəriani (130 kq) təmsil edəcəklər.
Yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə “B” yarımqrupunda mübarizə aparacaq. Yarışın proqramına əsasən, martın 16-da qrup görüşləri keçiriləcək. Burada liderlər finalda, qrup ikinciləri isə 3-cülük uğrunda görüşəcəklər.
Görüşlərin idarə edilməsində 1-ci dərəcəli beynəlxalq hakim Qərib Əliyev yer alacaq. Xatırladaq ki, 2015-ci ildə yeni yarışda millimiz baş mükafata yiyələnib.