Yunan-Roma güləş seçməmiz dünya çempionatına yola düşüb

Dünyanın güləş ictimaiyyətinin diqqəti avqustun 21-dən etibarən Fransanın paytaxtına yönəlib. Allsport.az saytı xəbər verir ki, yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri ötən gecə dünya çempionatında mübarizə aparmaq üçün Parisə yola düşüb.

Baş məşqçi Şaban Donat, böyük məşqçi Akif Əliyev, məşqçi Nurəddin Rəcəbovun rəhbərlikləri ilə heyətdə Taleh Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev (71 kq),  Həsən Əliyev (75 kq), Elvin Mürsəliyev (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) yer alıblar.

Proqrama əsasən, ilk 2 yarış günündə “klassiklər” çıxış edəcəklər. Avqustun 21-də 71, 75, 85 və 98 kq, avqustun 22-də isə 59, 66, 80 və 130 kq-da pəhləvanlar xalçaya çıxacaq.

Həmin kateqoriyadan