- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Yunan-Roma güləş millimiz bu il 2-ci dəfə yurd dışında təlim-məşq keçir. Allsport.az saytı xəbər verir ki, fevralda Xorvatiyada hazırlıq edən komanda, bu kəs qonşu ölkəyə üz tutub. Gürcüstanın kurort bölgəsi olan Bakurianidə yerli komandayla birgə keçirilən toplanışında 15 bahadır iştirak edir.
Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi ilə Eldəniz Əzizli (55 kq), Murad Məmmədov, Nihat Məmmədli (hər ikisi – 60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov, Tuncay Vəzirzadə (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev, Murat Lokyayev, Zamir Məhəmmədov (97 kq), Sabah Şəriəti və Beka Kandelakidən (130 kq) ibarət heyət dəniz səviyyəsindən 1700 metr yüksəklikdə əsasən fiziki hazırlığı əhatə edən məşqlər keçir. Ancaq hazırlıq çərçivəsində taktiki-texniki çalışmalara da yer ayrılır.
2-həftəlik toplanış apreldə keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.