- Baxış sayı: 254
- 25 Mart 2026 04:32
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Romada güləş “Matteo Pellikone” turniri davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günündə yunan-Romada sonuncu təmsilçimiz xalça üzərinə çıxıb. Ülvü Qənizadə (72 kq) finala qədər inamla irəliləsə də, yarımfinalda zədələndiyi üçün, final görüşünə çıxmayıb, 2-ci yerlə kifayətlənib.
Beləliklə, reytinq turnirini 9 medalla başa vurmuşuq. 4 qızıl, 3 gümüş və 2 bürünc mükafatla bahadırlarımız 148 xal toplayıb. Azərbaycan komanda hesabında 1-ci yeri tutub. Ölkəmiz 2-ci pillədə qərarlaşan Macarıstanı 46 xal qabaqlayıb. İran isə 98 xalla isə 3-cü olub.