- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
İranın Şiraz şəhərində yunan-Roma güləşi üzrə dünya kuboku millimiz üçün başa çatıb. Allsport.az saytı xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, Türkiyə və Ukrayna komandaları ilə “B” qrupunda mübarizə aparıblar. “A” qrupunda Rusiya, Belarus, Almaniya və Qazaxstan komandaları qüvvələrini sınayıb.
İlk görüşlərdən sonra qrup üçüncüsü olan yığmamız digər qrupun üçüncüsü ilə 5-ci yer uğrunda görüşə çıxıb. Pəhləvanlarımız Belarusa heç-heçə etsədə, əmsallarda rəqibə uduzaraq, yekunda 6-cı olub.
Xatırladaq ki, ötən il keçirilən analoji yarışda yunan-Roma güləşçilərimiz dünya kubokunu qazanaraq yeni tarix yazmışdılar.
AZƏRBAYCAN – Türkiyə 3:5 59 kq – Taleh Məmmədov – Fateh Üçüncü 2:1 66 kq – Elman Muxtarov – Abdulsəməd Günal 3:5 71 kq – Rüstəm Əliyev – Səlçuq Can 9:0 75 kq – Şəmistan Quluzadə – Furxan Bayraq 0:9 80 kq – Emin Əhmədov – Burxan Ağbudaq 7:9 85 kq – İslam Abbasov – Qansu İldem 5:0 98 kq – Orxan Nuriyev – Fateh Başgöy 0:2 130 kq – Oyan Nəzəriani – Atilla Gözəl 0:2 | AZƏRBAYCAN – Ukrayna 5:3 59 kq – Taleh Məmmədov – Yevgeni Miaqxi 4:2 66 kq – Azad Əliyev – Artur Politaev 8:6 71 kq – Ruhin Mikayılov – Oleksandr Litvinov 2:0 75 kq – Rüstəm Əliyev – Yevgeni Pişkov 3:0 80 kq – Emin Əhmədov – Yaroslav Filçakov 2:4 85 kq – İslam Abbasov – Oleksandr Şişman 1:3 98 kq – Orxan Nuriyev – Zelimxan Cihasov 2:0 130 kq – Oyan Nəzəriani – İqor Didik 2:4 | |
AZƏRBAYCAN – İran 1:7 59 kq – Sakit Quliyev – Saman Murad Abduli 1:3 66 kq – Azad Əliyev – Omid Hacı Nooruzi 0:8 71 kq – Ruhin Mikayılov – Afşin Byabanqard 0:4 75 kq – Şəmistan Quluzadə – Saleh Boveyripayani 0:8 80 kq – Emin Əhmədov – Yusif Əhməd Gaderian 0:5 85 kq – İslam Abbasov – Hossein Ahmad Nuri 6:4 98 kq – Türmən Eyyubov – Mahdi Abbas Aliyarifeyzabadi 0:8 130 kq – Oyan Nəzəriani – Behnam Aliakbar Mehdizade 2:3 | Belarus – AZƏRBAYCAN 4*:4 (16:16) (5-ci yer uğrunda) 59 kq – Elbek Tajyieu – Sakit Quliyev 0:8 66 kq – Mikita Zineviç – Elman Muxtarov 0:9 71 kq – Pavel Liax – Ruhin Mikayılov 4:1 75 kq – Tsimur Berdyieu – Şəmistan Quluzadə 4:0 (tuşe) 80 kq – Pavel Pavinçuk – Emin Əhmədov 1:0 85 kq – Hoha Hahnidze – İslam Abbasov 2:3 98 kq – Siarhei Staradub – Orxan Nuriyev 5:2 130 kq – Heorhi Çunaşvili – Oyan Nəzəriani 7:8 |