Yunan-Roma güləşçilərimiz 2 il sonra yenə dünya kubokunun finalında!

Arazın o tayında yunan-Roma güləşçilərin dünya kuboku keçirilir. Allsport.az saytı xəbər verir ki, Abadan şəhərində təşkil olunan yarışda millimiz Türkiyə, Belarus və Ukrayna bahadırları ilə “B” yarımqrupunda mübarizə aparıb.

Qrupda keçirilən bütün görüşlərdə qalib gələn Akif Əliyevin komandası birbaşa finala yüksəlib. Bu gün Bakı vaxtı ilə saat 18:30-da millimiz həlledici mücadilədə “A” yarımqrupun qalibi Rusiya yığma ilə qarşılaşacaq. Xatırladaq ki, “klassik” güləşçilərimiz 2 öncə eyni məkanda baş mükafatı başı üzərinə qaldırıb.

AZƏRBAYCAN – Türkiyə 5:3
59 kq – Rövşən Bayramov – Hammet Rustem 3:6 tuşe
66 kq – Kamran Məmmədov – Atakan Yüksel 2:6
71 kq – Həsən Əliyev – İ. Sönmez 1*:1
75 kq – Elvin Mürsəliyev – Emrah Kuş 3:1
80 kq – Rafiq Hüseynov – Aslan Atem 2:4
85 kq – İslam Abbasov – Metehan Başar 7:0
98 kq – Orxan Nuriyev – Cenk İldem 3:1
130 kq – Sabah Şəriəti – Ali Nail Arslan 2:0

AZƏRBAYCAN – Belarus 5:3
59 kq – Taleh Məmmədov – Maksim Kajarski 1:2
66 kq – Nofəl Babayev – Yaraslav Qardaş 8:0
71 kq – Həsən Əliyev – Pavel Liax 9:0
75 kq – Elvin Mürsəliyev – Yahor Kasiankou 10:2
80 kq – Rafiq Hüseynov – Radzik Kuliyeu  2:0
85 kq – İslam Abbasov – Mikalai Stadub 3:0
98 kq – Orxan Nuriyev – Yahor Yaskavets 7:8
130 kq – Sabah Şəriəti – Heorhi Çuhaşvili 0:5

AZƏRBAYCAN – Ukrayna 5:3
59 kq – Taleh Məmmədov – Zhora Abovian 9:1
66 kq – Kamran Məmmədov – Pərviz Nəsibov 2:2*
71 kq – Rəsul Çunayev – Ruslan İsrafilov 7:0
75 kq – Elvin Mürsəliyev – Artem Matiash 11:1
80 kq – Rafiq Hüseynov – Dmitro Pışkov 1:3
85 kq – İslam Abbasov – Yuriy Şkriuba 3:1
98 kq – Orxan Nuriyev – Volodimir Vasilyev  1*:1
130 kq – Oyan Nəzəriani – Mikola Kuçmi 1:2

 

Həmin kateqoriyadan