Yunan-Roma güləşçilərimiz təlim-məşq toplanışını paytaxtda keçir

Yunan-Roma güləş yığmamız ilin ilk yarışlarına hazırlığı Bakıda davam etdirir. Allsport.az saytı xəbər verir ki, yanvarın 7-dən güləş olimpiya mərkəzində təlim-məşqə start verən millimiz tam heyətlə hazırlıq keçir.

Baş məşqçi Şaban Donat perspektiv vəd edən yeniyetmə və gənc güləşçiləri də əsas komandanın hazırlığa daxil edib. Bu toplanışda əsas diqqət fiziki hazırlığa ayrılıb. Belə ki, pəhləvanlarımız xalça üzərində məşq etməklə yanaşı, fitness çalışmaları və kross qaçışında da iştirak edir.

Qarşıda komandamızı 2 ənənəvi yarış gözləyir. Yunan-Roma güləşçilərimizin bir qismi yanvarın 24-25-də İranda “Təxti Kuboku”nda, bir qismi isə fevralın 1-3-də Türkiyədə Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirində qüvvəsini sınayacaq. Yaxın günlərdə hər iki yarış üçün heyət ictimaiyyətə açıqlanacaq.

Həmin kateqoriyadan