Yunan-Roma güləşçilərimiz Təxti kubokuna yollanacaq

Yunan-Roma, ümümən, güləşçilərimiz üçün ilk ilk yarışı yanvarın 24-25-də İranın Əndimeşk şəhərində keçiriləcək Təxti kuboku olacaq.

Allsport.az saytı xəbər verir ki, ənənəvi yarışda ölkəmizi böyük məşqçisi Rövşən Bayramov və məşqçi Emin Əhmədovun rəhbərliyi ilə Ziyad Zeynalov (55 kq), Murad Bazarov, Mikayıl Rəhimov (hər ikisi – 60 kq), Zaur Nuriyev (63 kq), Kərim Cəfərov (67 kq), Azad Əliyev (72 kq), Nəsir Həsənov (77 kq), Elməddin Ramazanov, Eltun Vəzirzadə (82 kq) və Arif Niftullayev (97 kq) təmsil edəcəklər.

Görüşlərin idarə olumnasında 3-cü dərəcəli beynəlxalq hakim Elgün Məmmədov da yer alacaq. 

Həmin kateqoriyadan