Yunan-Roma güləşçilərimizin dünya kubokundakı heyəti açıqlandı

19-20 mayda İranın Şiraz şəhərində yunan-Roma güləşi üzrə dünya kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki,  yarışda ev sahibi ilə yanaşı, Azərbaycan, Rusiya, İran, Türkiyə, Qazaxstan, Belarus, Almaniya və Ukrayna komandaları iştirak edəcəklər.

Püşkatmanın nəticəsinə əsasən, Bahadırlarımız İran, Türkiyə və Ukrayna komandaları ilə “B” qrupunda mübarizə aparacaq. “A” qrupunda Rusiya, Belarus, Almaniya və Qazaxstan kollektivləri qüvvələrini sınayacaqlar.

Milli komandanın böyük məşqçisi Şaban Donat və məşqçi Turac Hüseynlinin rəhbərliyi ilə Arazın o tayına 12 güləşçimiz yollanacaq. Yarışlarda ölkəmizi Taleh Məmmədov, Sakit Quliyev (hər ikisi – 59 kq), Kamran Məmmədov, Elman Muxtarov (66 kq), Rüstəm Əliyev, Ruhin Mikayılov (hər ikisi 71 kq), Şəmistan Quluzadə (75 kq), Emin Əhmədov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev, Türmən Eyyubov (98 kq) və Oyan Nəzəriani (130 kq) təmsil edəcək.

Yarışın proqramına əsasən, mayın 19-da qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda görüşəcək. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.
Xatırladaq ki, ötən il keçirilən analoji yarışda yunan-Roma güləşçilərimiz Dünya Kubokunu qazanaraq yeni tarix yazmışdılar.

Həmin kateqoriyadan