- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Serbiyanın paytaxtı Belqradda dünya çempionatında yunan-Roma güləşçiləri tarixi nəticəyə nail olub. Allsport.az saytı xəbər verir ki, millimiz 5 medala yiyələnib. Bu, adı çəkilən yarışda qazanılan rekord saydır. Buna qədər ən yüksən göstərici keçən il Norveç paytaxtı Oslada qeydə alınmışdı – 4 mükafat.
Balkanlarda millimiz 118 xalla komanda hesabında 2-ci yer tutub. Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıblar. Qazanılan son 2 medal olimpya çəkisinə məxsusdur.
Düzdür, 2018-ci ilin yanvarın 1-dən etibarən, təqvim planı üzrə bütün güləş yarışları 8 deyil, 10 çəki dərəcələri üzrə keçirilir. Bununla belə, öncələr, Daşkənd-2014 və Las Veqas-2015-də qazanılan 3 medal tən yarı etmir. 2014-cü ilin yanvarın 1-nə qədər çəki dərəcələrinin sayı 7 olub. Həmin dönəmdə ən yüksək nəticə 3 mükafatla Herninq-2009-da qeydə alınıb.