- Baxış sayı: 303
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 39
- Dekabr 05, 2025
- 0

Bolqarıstanın Ruse şəhərində Dan Kolov və Nikola Petrovun xatirəsinə güləş üzrə beynəlxalq turnir başa çatıb. Allsport.az saytı xəbər verir ki, sayca 55-ci dəfə keçirilən yarışda hər 3 növ üzrə milli komandamız mübarizə aparıb.
Yunan-Romaçıların rəqabətində 66 kq-da Kamran Məmmədov qızıl medalını qazanıb. Qadınlarda Nataliya Sinişin (58 kq) bürünc mükafata sahiblənib.
Bürünc medal görüşünə çıxan sərbəst güləşçimiz Ruslan Dibirhacıyev (70 kq) son görüşdə Moldovalı rəqibinə tam üstünlüklə qalib gəlib.