Yunan-Roma güləşçimiz rusiyalı 2-qat olimpiya çempionuna qalib gəldi, sonda 3-cü yer tutdu

Parisdə güləşçilərin dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, artıq “klassiklər” mübarizəyə yekun vurublar. İlk gündə uğursuz çıxış edən millimiz, növbəti rəqabətdə medal qazanmağa müvəffəq olub.

İslam oyunlarının qalibi Elvin Mürsəliyev (80 kq) bürünc medal qazanıb və 2014-cü ildəki nəticəsini təkrarlayıb. Fərəhlidir ki, o, ilk görüşdə rusiyalı 2-qat olimpiya çempionu (London-2012; Rio-2016) Roman Vlasova qalib gəlib.

Bu gün meydan qadınlara verilib. Nataliya Sinişin (55 kq),  İrina Netreba (58 kq) və Elmira Qənbərova (63 kq) mücadiləni erkən dayandırıblar.

Həmin kateqoriyadan