İNQİLAB
Yunan-Roma güləşində yeni dəyişiklik: parter yığışdırıldı!

Dünya Güləş Birliyi yunan-Roma güləşi qaydalarında bəzi dəyişikliklər edib. Allsport.az sayt; xəbər verir ki, bu dəyişiklərdən biri yeniyetmə və gənclər arasında keçirilən yarışlarda parter qaydasının ləğv olunması idi. Ustalar arasında bu qərara Rio olimpiadasından sonra yenidən baxılması nəzərdə tutulmuşru.

UWW artıq həmin dəyişikliyi təsdiqləyib və ötən il yarım ərzində yeniyetmə və gənclər yaş qrupunda tətbiq edilən bu qayda artıq böyüklər arasında keçirilən yarışlarda da tətbiq ediləcək. Yəni, passiv güləşməyə görə parter tətbiq edilməsi qaydası ləğv edilib.

Belə ki, passiv güləşməyə görə ilk dəfə güləşçiyə şifahi xəbərdarlıq ediləcək və protokolda qeyd ediləcək. Eyni güləşçi yenə də fəallıq nümayiş etdirmərsə, ona rəsmi xəbərdarlıq veriləcək. Güləşçiyə 3-cü dəfə passivliyə görə xəbərdarlıq edilərsə, o zaman 2-ci rəsmi xəbərdarlıq veriləcək və rəqibin hesabına 1 (bir) xal əlavə ediləcək. Bundan sonra baş verəcək hər 2-ci xəbərdarlıq rəqibə 1  (bir) texniki xal verilərək qiymətləndiriləcək.

Bütün bu hallarda – passivliyə görə edilən xəbərdarlıq və rəqibə xal verilməsi üçün görüş dayandırılmayacaq.

Həmin kateqoriyadan