- Baxış sayı: 279
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə dünya sıralamasının 4-cü mərhələsi baş tutub.
Allsport.az xəbər verir ki, yarışda ölkəmizi Vüsal Əliyev (80 kq) və İbrahim Yusubov (90 kq) təmsil edib.
“A” qrupunda yer alan Vüsal 2-ci yerin sahibi kimi 1/4 finala yüksəlib. Moldovalı Qabriel Oyoq və iranlı Abdullah Şeyxazami üzərində qələbələrlə adını finala yazdıran Əliyev həlledici görüşdə İranın digər təmsilçisi Əli Qulamiyə məğlub olub və turniri gümüş medalla başa vurub.
İbrahim də öz çəkisində “A” qrupunda yer alıb və maksimum nəticəylə adını 1/4 finala yazdırıb. Yusubov yaponiyalı Şuiçiro Satonu mübarizədən kənarlaşdırsa da, yarımfinalda ukraynalı Oleksey Yakovçuka məğlub olub. Bürünc medal uğrunda görüşdə gürcüstanlı Dato Piruzaşviliyə imkan tanımayan təcrübəli güləşçimiz fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Dünya sıralamasının final mərhələsi 18-19 oktyabrda Misirin İsgəndəriyyə şəhərində keçiriləcək. Həmin yarışda hər çəki üzrə dünya çempionları müəyyənləşəcək və çimərlik güləşi mövsümünə yekun vurulacaq.