Yunanıstanda növbəti medalı Rövşən İsmayılxanlı qazandı

Yunanıstanın paytaxtı Afinada veteran güləşçilərin dünya çempionatı davam edir. Allsport.az xəbər verir ki, Azərbaycan pəhləvanları yarışın ikinci günündə sərbəst güləş üzrə 1 bürünc medal qazanıb.

130 kq çəki dərəcəsində D divizionunda mübarizə aparan Rövşən İsmayılxanlı ilk görüşdə ABŞ təmsilçisini üstələsə də, yarımfinalda Qazaxstan pəhləvanına uduzub. Bürünc medal görüşünə çıxan pəhləvanımız Türkiyə təmsilçisinə qalib gəlib və fəxri kürsüdə yer alıb.

Sərbəst güləş yarışlarının ilk günündə pəhləvanlarımızdan İslam Quliyev qızıl, Abbas Məmmədov gümüş medal qazanıb.

Həmin kateqoriyadan