- Baxış sayı: 38
- 14 Yanvar 2025 19:53
- Baxış sayı: 636
- Yanvar 10, 2025
- 0
“Xəzər Lənkəran”ın məşqçisi Vidadi Hüseynov Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 0:6 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“2 əsas oyunçumuz meydançaya çıxmamışdı. Rasim Ramaldanov və Orxan Əliyev oynamırdılar. Məcbur qalıb, əvəzedici heyətdən oyunçular götürmüşdük. Bu da hesabda özünü göstərdi”.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov səhhətində yaranmış problemlərə görə mətbuat konfransına qatılmayıb. Bu üzdən də onu qapıçılarla işləyən məşqçi əvəzləyib.