- Baxış sayı: 14
- 05 Noyabr 2026 10:51
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Neftçi” yanvarın 3-də qış təlim-məşq toplanışına start verib.
Allsport.az xəbər verir ki, yanvarın 5-dək “Neftçi” futbol mərkəzində məşq edən komandanın üzvləri toplanışın davamını yanvarın 6-dan 12-dək Qəbələ şəhərində keçirəcək. Yoxlama oyunları ilə bağlı əlavə məlumat veriləcək.
“Neftçi” bu il ilk rəsmi matçını yanvarın 19-da “Sabah”a qarşı keçirəcək. Azərbaycan premyer liqasının 19-cu turu çərçivəsində “Neftçi Arena”da baş tutacaq oyun saat 18:30-da başlanacaq.