- Baxış sayı: 14
- 05 Noyabr 2026 10:51
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Zirə” məşqçi Borçe Xristovla yolunu ayırıb.
Allsport.az xəbər verir ki, Şimali Makdeoniya futbol federasiyasının müraciətini nəzərə alan “qartallar” çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Mütəxəssis bundan sonra karyerasını vətənində davam etdirəcək. O, Şimali Makedoniya futbol federasiyasının təhsil mərkəzinin direktoru vəzifəsində çalışacaq və yeniyetmələrdən ibarət milli komandaların strategiyası və hazırlığına rəhbərlik edəcək.
“Zirə” Borçe Xristova komandaya göstərdiyi xidmətlərə görə təşəkkür edərək ona gələcək karyersında uğurlar arzulayıb.