- Baxış sayı: 14
- 05 Noyabr 2026 10:51
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.
Allsport.az xəbər verir ki, “şirlər” yarımmüdafiəçi Murad Vəliyevi heyətinə qatıb.
U-21 yığmamızın sabiq üzvü olan Vəliyevlə il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.
22 yaşlı yarımmüdafiəçi Estoniyanın “Levadiya” klubuna məxsus olub, son olaraq icarə əsasında həmin ölkənin “Nomme Yunayted” klubunda çıxış edib.