- Baxış sayı: 283
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 79
- Dekabr 05, 2025
- 0

İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.
Allsport.az xəbər verir ki, altıncı yarış günündə sərbəst güləş üzrə daha 5 çəkidə mübarizəyə start verilib.
Bəşir Verdiyev (61 kq) türkiyəli Yusif Quləliyə (5:2) və britaniyalı Danuş Jovkara (14:4) qalib gələrək yarımfinala yüksəlib. Bəşir yarımfinalda rusiyalı Adlan Saytiyevlə bacarmayıb – 5:17. Verdiyev bu gün bürünc medal görüşünə çıxacaq.
Ömər (74 kq) polşalı Antoni Mayraka (13:3) və belaruslu Müslim Mahmudova (12:2) qalib gələrək yarımfinala yüksəlib. Ömər yarımfinalda italiyalı Raul Kasoya məğlub olub – 2:5. Gülməmmədov sabah bürünc medal görüşünə çıxacaq.
Məhəmməd Abbaszadə (86 kq) isveçrəli Nik Şerrerə (10:0) və moldovalı Alexandru Borsa (5:2) qalib gələrək yarımfinala yüksəlib. Məhəmməd finalın bir addımlığında türkiyəli Əhməd Yağana məğlub olub – 0:5. Abbaszadə ümidini bürünc medala bağlayıb.
Anar Cəfərli (92 kq) slovakiyalı Fabio Gianettoya (13:0) və ukraynalı Yeqor Horoxa (9:6) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Anar yarımfinalda rusiyalı Artur Toqoyevə uduzub – 0:10. Cəfərli sabah üçüncü yer uğrunda mübarizə aparacaq.
Yusif Dursunov (125 kq) bolqarıstanlı Dian Manevə (12:1), polşalı Mixal Dubovskiyə (11:0) və fransalı Levan Laqvilavaya (13:2) tam üstünlüklə qalib gələrək 2-ci dəfə U20 Avropa çempionatının finalına adlayıb. Həmyerlimiz həlledici qarşılaşmada rusiyalı İnal Qaqloyevlə üz-üzə gələcək.