“Yuventus” onu satacaq

“Yuventus”un hücumçusu Conatan Devid yay transfer pəncərəsində Turin klubunu tərk edə bilər.

Allsport.az xəbər verir ki, klub rəhbərliyi və baş məşqçi Luçano Spalletti kanadalı forvardın çıxışından narazıdır.

“Yuventus” artıq 26 yaşlı futbolçunun satışı variantlarını nəzərdən keçirir və gələn təklifləri dəyərləndirməyə hazırdır.

Conatan Devid cari mövsümdə “qoca sinyora”nın heyətində keçirdiyi 36 oyunda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin iyununa qədərdir.

Həmin kateqoriyadan