- Baxış sayı: 28
- 18 Mart 2026 16:26
- Baxış sayı: 295
- Mart 16, 2026
- 0

“Seltik”in qapıçısı Kasper Şmeyxel peşəkar karyerasını bitirməsinə səbəb ola biləcək ciddi çiyin zədəsi aldığını açıqlayıb.
Allsport.az xəbər verir ki, danimarkalı qolkiperin biseps əzələsinin və rotator manjetinin yırtılması, həmçinin çiyin çıxığı səbəbindən iki əməliyyata ehtiyacı var. Bərpa prosesinin ən azı 10-12 ay çəkəcəyi gözlənilir.
O, buna necə reaksiya verəcəyini bilmədiyini deyib: “Doğulduğum gündən futbolçuyam. Karyeramın bitməsi ehtimalı məni sarsıdır. Hazırkı yaşımı nəzərə alsaq, yenidən formaya düşənə qədər artıq 40 yaşım keçmiş olacaq”. Şmeyxel həmçinin etiraf edib ki, ötən mövsümdən bəri kəskin ağrılara baxmayaraq oyuna davam etməsi vəziyyəti bu həddə çatdırıb.