- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Türkiyənin Gəbze şəhərində yeniyetmələr arasında 21-ci Zəfər kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, 4 gün davam edən yarışda komandalarımız 20 dəfə fəqrləniblər.
Əlihəsən Əmirli (48 kq), Əbülfəz Nəsirov (55 kq), Turan Bayramov (65 kq) qızıl, Fuad Mayılov (80 kq), İslam Abuyev (110 kq) gümüş, Riyad Aslanov (51 kq) və Sabir Cəfərov (60 kq) bürünc medal qazanıblar, sərbəst güləş millimiz komanda hesabında 2-ci olub.
Birgül Sultanova (57 kq), Jalə Əliyeva (61 kq) Nigar Mirzəzadə (65 kq) 1-ci, Şahanə Nəzərova (43 kq) 2-ci, Ayşən Yusifova (46 kq), Sevinc Əhədova (49 kq), Elnurə Məmmədova (61 kq) 3-cü yer tutublar, komanda hesabında Türkiyədən sonra 2-ci olub.
Həzrət Cəfərov (51 kq) qızıl, Qurban Qurbanov (45 kq), Röyal Mirzəliyev (51 kq) gümüş, Murad Abbasov (55 kq), Ruslan Hədisov (65 kq), Laçın Vəliyev (92 kq) bürünc mükafata yiyələniblər, yunan-Romaçılarımız cəmdə 3-cü olub.
Zəfər kuboku 23-29 apreldə Kiyevdə keçiriləcək Avropa birinciliyi öncəsi məşqçilərin yığma üzvlərini sınaqdan keçirməsi və heyətin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətə malik idi.
Məlumat üçün bildirək ki, bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin 3-cü olimpiya oyunlarına lisenziyalar Avropa birinciliyində qazanılacaq. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq, qadın güləşi üzrə 43, 49, 57, 65 və 73 kq çəkidə çempionlar birbaşa vəsiqə alacaqlar. Reqlamentə əsasən isə, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.