“Zəhmətim hədər getmədi”

3-cü MDB oyunlarında Gəncə olimpiya idman kompleksində güləş yarışı baaşladı. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə sərbəst güləşdə və qızlarda 7 medal qazanıldı. Yeganə qızıl mükafat 71 kq-da Nihad Abbasovdan gəldi. Çıxışlar bitdikdən sonra o, sevincni KİV-lə bölüşdü:

“Allaha çox şükürlər olsun, öz torpağımızda qızıl medala yiyələndim. Bu, mənim üçün böyük fəxrdir. Yarışa yaxşı hazırlaşmışdım. Zəhmətim hədər getmədi. Üzərimdə zəhməti olan hər kəsə təşəkkür edirəm. Allah qoysa, daha yaxşı hazırlaşıb daha nüfuzlu səhnələrdə bu uğuru təkrarlayaram.

Gələn il ilə bağlı planlarım böyükdür. Gənclərə keçəcəyəm. İnşallah, bu yaş dərəcəsində də ölkə birinciliyində baş mükafata sahib çıxıb davamını qitə və dünya çempionatlarında gətirərəm”.

Kamran HACI, Gəncə

Həmin kateqoriyadan