- Baxış sayı: 32
- 27 Mart 2026 20:40
- Baxış sayı: 34
- Mart 27, 2026
- 0

Azərbaycanlı məşhur kikbolsçu Zabit Səmədov növbəti görüşünü keçirəcək.
Allsport.az saytı xəbər verir ki, həmyerlimizin rəqibi “Sümükqıran” ləqəbli Errol Zimmerman olacaq. 2008-ci ildə K-1 üzrə çempionatda niderlandlı idmançı “Mauqli”yə kiçik xal üstünlüyü ilə qalib gəlib.
Avqustun 23-də keçiriləcək görüş Çeçenistanın 1-ci prezidenti Əhməd Qədırovun xatirəsinə həsr ediləcək.Xatırladaq ki, Zabit Səmədovun hesabında 107 döyüş, 97 qələbə, 1 heç-heçə və 9 məğlubiyyət var.