- Baxış sayı: 29
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az xəbər verir ki, toplantıda I divizionun XIX turunda baş verənlərlə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Turan Tovuz” – “Qarabağ-2” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
Meydança əsasnaməyə uyğun olaraq sulanmadığı üçün “Turan Tovuz” 80 manat cərimə edilib.
“Sabah-2” – “Zaqatala” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib.
“Sabah-2” – “Zaqatala” oyununda oyun öncəsi stadion nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi və iclas gec başlandığı üçün meydan sahibi klub 80 manat cərimə olunub.
“Sabah-2”nin futbolçusu Abdulla Xaibulaev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə edilib.
“Zaqatala”nın ehtiyat oyunçuları və texniki heyəti texniki zonada maskadan istifadə qaydalarını pozduğu üçün klub 80 manat cərimə olunub.
“Qaradağ” – “Keşlə-2” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.