- Baxış sayı: 308
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

Allsport.az xəbər verir ki, Xorvatiya paytaxtında yunan-Roma güləş növü üzrə Avropa çempionatında daha bir pəhləvanımız bütün rəqiblərini üstələyərək zirvədə yerini alıb.
Güləşcimizin 1-ciliyə gedən yolu çox çətin olub. Ülvü Qənizadə (72 kq) 1/8 finalda ukraynalı Andrey Kulikə 4:1 hesabıyla qalib gəlib. Qənizadə 1/4 finalda bolqarıstanlı Deyvid Dimitrovu üstələyib – 3:1. Həmyerlimiz yarımfinalda türkiyəli Selçuk Canla gərgin mübarizə şəraitində keçən görüşdə sevinən tərəf olub – 2:1. Finalda isə fransalı İbrahim Qanemə üstün gələrək Avropa çempionu olub.