- Baxış sayı: 28
- 08 Fevral 2026 10:10
- Baxış sayı: 98
- Fevral 08, 2026
- 0

Xorvatiyanın paytaxtı Zaqrebdə 2026-cı ilin ilk reytinq turniri davam edir.
Allsport.az xəbər verir ki, yarışda ölkəmizi qadın güləşi üzrə millimiz təmsil edir.
Yarışın dördüncü günündə yığmanın 3 üzvü xalça üzərinə çıxıb.
Nərgiz Səmədova (53 kq) təsnifat mərhələsində polşalı Rəqsanə Marta Zasınaya (0:10), təsəlliverici görüşdə isə yaponiyalı Umi İmaya (1:13) məğlub olub.
Jalə Əliyeva (57 kq) startda brazilyalı Culya Penalberaya (4:14) uduzaraq mübarizəni erkən başa vurub.
Zəhra Kərimzadə (72 kq) 1/4 finalda türkiyəli Buse Tosuna (0:2) məğlub olsa da, bürünc medal uğrunda mübarizədə yaponiyalı Mahirə Yoşitakeni 4:1 hesabıyla üstələyib.