“Zenit” 40 milyon istəyir

“Palmeyras” “Zenit”də çıxış edən vinger Luis Enrike üçün rəsmi təklif göndərib.

Allsport.az xəbər verir ki, Braziliya təmsilçisi 25 yaşlı futbolçu üçün 29,2 milyon avro ödəməyə hazır olduğunu bildirib.

Sankt-Peterburq təmsilçisi isə bu təklifə rədd cavabı verib. “Zenit” rəhbərliyi braziliyalı oyunçunun satışına yalnız 40 milyon avro qarşılığında razılıq verə biləcəyini diqqətə çatdırıb.

Luis Enrike ötən ilin yanvarından “Zenit”də çıxış edir. 2025/2026-cı illər mövsümündə bütün turnirlərdə 19 oyuna çıxan vinger 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2028-ci il dekabrın 31-nə qədər qüvvədədir. Futbolçu daha əvvəl “Botafogo”, “Betis” və “Fluminense” klublarının şərəfini qoruyub.

Həmin kateqoriyadan