- Baxış sayı: 28
- 24 Noyabr 2024 22:41
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Növbəti mövsüm Topaz Premyer Liqasında çıxış edəcək “Zirə” hazırlığa start verib. Allsport.az xəbər verir ki, iyunun 29-da futbolçular tibbi müayinədən keçib və iyunun 30-dan etibarən təlim-məşq toplanışının ilkin mərhələsi başlayıb.
Komanda məşqlərini “Bayıl Arena”da keçirir. Heyətdəki futbolçulardan yalnız biri hazırlıqda iştirak etmir. Tellur Mütəllimov zədəli olduğuna görə məşqlərə qatılmır. Digər futbolçulardan Aleksandr Şemonayevin yüngül zədəsi var və o, hazırlıqda iştirak etsə də fərdi məşq edir. Viktor İqbekoyi isə zədəsini tam sağaldaraq kollektiv hazırlıqda iştirak edir.
“Qartallar”ın baş məşqçisi Adil Şükürov güclü komanda formalaşdırmaq yolunda çalışdıqlarını deyib: “Komandamız yeni formalaşır və ilk məşqlərdən ümumi dözümlülük üzərində işləyirik. Hələ ki, görüləcək işlərimiz çoxdur. Məqsədimiz güclü kollektiv formalaşdırmaqdır. İndi yalnız bir legionerimiz var, lakin daha 5-6-nı cəlb etməyi düşünürük. Hazırda bir çox futbolçunu nəzərdən keçiririk. Hazırlığımızın ilk mərhələsində əsasən fiziki hazırlıq üzərində çalışacağıq. Bakıda olduğumuz müddətdə həmçinin, bir yoxlama oyunu da keçirəcəyik. Təlim-məşq toplanışının 2-ci mərhələsi Türkiyənin Ərzurum şəhərində olacaq və ayın 15-də qardaş ölkəyə gedəcəyik. Ərzurumda 4 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Hansı komandalarla qarşılaşacağımız hələ məlum deyil. Bu yöndə danışıqlar davam edir”.
Qeyd edək ki, Bakıdakı hazırlıq dövründə, iyulun 12-də komanda 19 yaşa qədər futbolçulardan ibarət yığma ilə qarşılaşacaq. Türkiyədəki təlim-məşq toplanışı isə iyulun 30-da başa çatacaq.