- Baxış sayı: 61
- 04 Dekabr 2025 22:15
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Birinci divizionda çıxış edən “Zirə” klubu Premyer Liqada çıxış etmək hüququ qazandı. Allsport.az xəbər verir ki, klub prezidenti Vüqar Astanov bu məsələylə bağlı açıqlama verib:
“İlk gündən qarşımıza peşəkar klub yaratmaq məqsədi qoymuşuq. Bütün işlərimiz də məhz bu yöndə qurulub. Premyer Liqaya vəsiqə qazanmaq uğrunda mübarizə aparırdıq. Bu üzdən də, peşəkar klub kimi lisenziyalaşmanın şərtlərini yerinə yetirmişik. Biz hər an Premyer Liqada çıxış etməyə hazır olmağa çalışmışdıq. Bu mövsüm məqsədimizə çatmasaydıq, növbəti mövsümdə mübarizəmizi davam etdirəcəkdik. Lisenziya aldıq. Bütün “Zirə” azarkeşlərini təbrik edirik. Premyer Liqada onları layiqincə təmsil etməyə çalışacağıq. Azərbaycan futbolunun beşiyi sayılan Gəncəni təmsil edən “Kəpəz” klubunu da təbrik edirik”.