- Baxış sayı: 31
- 15 Mart 2026 18:49
- Baxış sayı: 294
- Mart 16, 2026
- 0
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə 4-cü Zirvə oyunları başa çatıb. Allsport.az saytı xəbər verir ki, AAAF Park Yaşayış Kompleksinin yarış zalında keçirilən tədbirdə mübarizəyə son olaraq ağırlıqqaldıranlar qoşulublar. Ölkənin əksər regionlarından gəlmiş 50-yə yaxın idmançı körpücük üzərinə çıxıblar.
2004-2007-ci il təvəllüdlü oğlanlar, 2000-2006-cı təvəllüdlü qızlar öz yaş qruplarında qalibləri müəyyən ediblər. Maraqlı mübarizə şəraitində keçən yarışda mükafatçıların adları məlum olub. Onlara “Zirvə” Beynəlxalq İdman Klubunun medal və diplomları təqdim olunub (tam nəticələrlə zirve-ik.com-da tanış ola bilərsiniz).