- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Xırdalan və Astara şəhərlərində yerləşən AAAF park yaşayış, idman, istirahət və əyləncə komplekslərində ümummilli lider Heydər Əliyevin 96-cı ildönümünə uşaqlar arasında 7-ci “Zirvə” oyunları davam edir. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda növbə sərbəst güləşçilərə çatıb.
Açıq birincilikdə 2 ölkədən – Azərbaycan və İrandan toplam 11 komanda iştirak edib. Yüzdən çox yeniyetmə güləşçi medallar uğrunda mübarizəsi aralarında tanınmış güləş ustaları, sabiq çempionlar, mütəxəssislərin də olduğu izləyicilərin marağına səbəb olub. Hər görüş zamanı sona qədər əzmkarlıq, gözoxşayan texnika, müxtəlif fəndlər alqışlarla qarşılanıb. Öz çəki dərəcələrində rəqiblərindən üstün olan güləçilər fəxri kürsüyə qalxaraq medal və xatirə hədiyyələri ilə təltif olunublar.
“Zirvə” beynəlxalq idman klublarının təşkilatçılığı ilə keçirilən bu oyunları böyük ənənə halını almaqdadır. Tədbirin keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.