- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Zirvə” İdman Klubunun AAAF Park Yaşayış Kompleksində yerləşən əsas yarış zalında yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Azərbaycan birinciliyi keçirilib. Allsport.az saytı zirve-ik.com-a istinadən xəbər verir ki, ev sahibləri 2 yarış günü ərzində möhtəşəm çıxış nümayiş etdiriblər.
Mümkün olan 39 medaldan 28-ni əldə edən “Zirvə”çilər birinciliyin şəksiz liderinə çevriliblər. Yeniyetmə ağır atletlər bütün çəkilərdə inamla mübarizə aparıblar və onlara edilən etimadı artıqlamasyıla doğruldublar. Azərbaycan ağır atletikasının lokomotivi sayılan “Zirvə” İdman Klubunun rəhbərliyi bu gözəl qələbədə əməyi olan hər kəsi təbrik edib, qarşıdakı yarışlarda da uğurların davamının gəlməsini arzulayıb.
Əlavə edək ki, bu yarış 5 mart – Bədən tərbiyəsi və idman gününə həsr olunub. Bu gün bu əlamətdar tarixin 10 ili tamam olur. 1995-ci il mart ayının 5-də Ulu öndər Heydər Əliyev Bakı idman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoymuşdu. 5 mart tarixinin ölkəmizdə bədən tərbiyəsi və idman gününü Prezident İlham Əliyev Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli sərəncamında öz əksini tapıb.