- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Tiflisdə ağırlıqqaldıranlar arasında Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün Azərbaycan millisi və “Zirvə” Beynəlxalq İdman Klubunun bir üzvü Anastasiya İbrahimli körpücük üzərinə çıxıb. Qadın atletimiz uğurla çıxış edərək fəxri kürsüyə qalxıb.
O, birdən qaldırma hərəkətində 103 kq nəticə ilə 6-cı oldu. Təkanla qaldırma hərəkətində isə daha yaxşı edən İbrahimli 130 kq ilə 3-cü yeri tutdu. “Abşeron-Zirvə” atleti toplamda 233 kq (103+130) nəticə ilə yekun sıralamada 3-cü yeri tutaraq fəxri kürsüdə öz layiqli yerini tutdu.
Xatırladaq ki, Avropa çempionatının ilk günlərində Valentin Xristovn (62 kq) və Boyanka Kostova (53 kq) qızıl medal qazanıblar.