- Baxış sayı: 189
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

Avropa voleybol konfederasiyası azərbaycanlı hakimə təyinat göndərib.
Allsport.az xəbər verir ki, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov noyabrın 6-da Yunanıstanın paytaxtı Afinada keçiriləcək kişi voleybolçular arasında çempionlar liqasının ikinci təsnifat mərhələsinin matçını idarə edəcək.
Zülfüqarov “Melina Merkouri” arenada baş tutacaq “Olympiacos” (Yunanıstan) və “Guaguas” (İspaniya) klublarının qarşılaşmasında baş hakim olacaq. Matçın ikinci hakimi vəzifəsini polşalı Agnieszka Michlic yerinə yetirəcək.