- Baxış sayı: 16
- 26 Mart 2026 16:59
- Baxış sayı: 24
- Mart 26, 2026
- 0

AFFA-nın uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Allsport.az xəbər verir ki, o, qadın futbolçular arasında UEFA çempionlar liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Valerenqa” (Norveç) – “Yuventus” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.
Oktyabrın 9-da Norveçin Oslo şəhərində yerləşən “Valerenqa” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.