- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımız Minsk-2019 Avropa oyunlarına hazırlığı davam etdirir. Allsport.az saytı xəbər verir ki, olimpiya güləş mərkəzində təşkil olunan təlim-məşq toplanışı məsul yarış ərəfəsində son hazırlıqdır. Yunan-Roma güləşi üzrə millimizin Estoniya və İsveçdən olan pəhləvanlarla birgə məşqləri davam etdirdiyini xəbər vermişdik. Qonaqlar awf.az-a verdikləri açıqlamada toplanışın gedişindən, onlara yaradılan şəraitdən, güləş bazasından razı qaldıqlarını dilə gətiriblər.
Cimmi Samuelsson, İsveç millisinin çalışdırıcısı: “Azərbaycanda ikinci dəfə oluram. İlk dəfə 2007-ci ildə Bakıda keçirilən dünya çempionatında idmançı kimi iştirak etmişəm. Təbii ki, İsveçlə Azərbaycanın iqlimi çox fərqlidir. Burada hava çox istidir. Ancaq problem deyil. Mən isti havanı sevirəm. Bakı gözəl şəhərdir. Xüsusən də “Alov qüllələri” və İçərişəhəri çox bəyəndim… Bakıya iki güləşçiylə gəlmişik. Dünən onlardan biri zədələndiyi üçün bugünkü məşqdə iştirak etmir. Ümid edirəm ki, Aleks Kessidis Avropa Oyunlarına qədər zədəsini tam sağaldacaq. Onu da qeyd edim ki, Bakıda həm də sentyabrda keçiriləcək dünya çempionatına hazırlaşırıq. Olimpiya güləş mərkəzini çox bəyəndim. Bizim üçün bu zal çox böyükdür. İsveçdə bir zalda maksimum 2-3 güləş xalçası olur. Burada isə 14 xalça var. Bu da çoxlu güləşçinin eyni vaxtda məşq etməsinə imkan verir. Bu da güləşin Azərbaycanın milli idman növü olmasından xəbər verir. Gələcəkdə də burada toplanış keçməyi planlaşdırırıq”.
İvar Kotkas, Estoniya yığmasının baş məşqçisi: “Burada Estoniya ilə müqayisədə temperatur çox yüksəkdir. Buna baxmayaraq, toplanışda hər şey qaydasındadır. Bura gətirdiyimiz güləşçilər güclü sınaqçı-rəqiblərlə işləyir. Qidalanmaya da söz ola bilməz. Bura 3 güləşçi gətirmişik. Onlardan biri ən ağır çəkidə London Olimpiadasında gümüş medal qazanan, ikiqat dünya çempionu Heyki Nabi də var. Bu toplanış Avropa oyunlarına hazırlıq xarakteri daşıyır. Ancaq Nabi Minskdə güləşməyəcək. Ancaq digər iki güləşçimiz Belarusda çıxış edəcək… Bakıda 3-4 dəfə olmuşam. İlk Avropa oyunları zamanı da məşqçi kimi ölkənizə səfər etmişdim. Paytaxtınız haqqında ancaq xoş sözlər deyə bilərəm. Xüsusən də Bakının mərkəzi çox gözəldir. Bazar günü şəhərdə ekskursiya etməyi planlaşdırırıq”.