- Baxış sayı: 39
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Polşanın paytaxtı Varşavada qitə çempionatında ilk medal Əfqan Xaşalovdan gəlib. Allsport.az saytı xəbər verir ki, 57 kq-da çıxış edən qazi sərbəst güləşçimiz karyerasında ilk dəfə ustalar arasında bu sınaqda bürünc mükafatı qazanıb. O, təəssüratını AGF-in saytı ilə bölüşüb:
“Avropa çempionatı mənim üçün çox önəmli idi. Bir ildən artıq idi güləşmirdim. Sonuncu dəfə ötən il Romada eyni yarışda iştirak etmişdim. Bu sınaq ərəfəsində Kiyev turnirində iştirak etdim. Həmin yarışda məğlub olduğum belaruslu güləşçiyə burada qalib gəldim.
Əlbəttə, forma yığmaq üçün zaman lazım idi. Ancaq bunun üçün vaxtımız çox az idi. Məşqçilərimiz sağ olsun. Yaxşı təlim-məşq toplanışı keçdik. Şükürlər olsun ki, medalsız qalmadım. Qismət olsa, 0limpiadada çempion olmaq istəyirəm. Bayrağımızı orada da dalğalandırmağı arzulayıram.
Yarış ağır keçdi. Çünki çoxdandır güləşmirdim və çəki salmırdım. Yarımfinalda Rusiya güləşçisiylə görüşdə vaxta görə yanıldım. Elə bildim ki, hələ zamanım var. Fəndi axıra kimi icra edə bilsəydim, finala çıxardım.
Uzun müddət məşqlərdən uzaq qalmağın da müəyyən qədər rolu oldu. Ancaq səhvlərimin üzərində işləyib, onları aradan qaldırmaq üçün vaxtımız var”.