- Baxış sayı: 86
- 05 Fevral 2025 21:25
- Baxış sayı: 54
- Aprel 24, 2025
- 0
Aprelin 14-də gənclər və idman naziri Fərid Qayıbov Əlcəzairin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Abdulvahab Osmanı qəbul edib. Allsport.az saytı xəbər verir ki, görüşdə qonaqları salamlayan nazir, onlara idmana dövlət qayğısı barədə məlumat verib.
Söhbət zamanı ölkələrimiz arasında dostluq münasibətlərindən bəhs edilib. Əlcəzairlə idman sahəsində əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi qeyd edilib, gələcək əməkdaşlıq imkanları müzakirə olunub.