- Baxış sayı: 39
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Sərbəst güləşçilərimiz 18-21 martda Macarıstan paytaxtı Budapeştdə Avropa olimpiya təsnifatına son hazırlığı Bakıda keçir. Allsport.az xəbər verir ki, komanda əsasən taktiki-texniki çalışmaları həyata keçirir. Olimpiya güləş mərkəzində qonaq komandalar – Fransa, Rumıniya və İsveçrə milliləri martın ilk günlərindən bizimlə birgədirlər. Baş məşqçi Namiq Abdullayev məsul yarışa hazırlıqla bağlı AGF saytına açıqlama verib:
“Komanda Dağıstanda hazırlıq keçdikdən sonra Kiyev turnirinə yollandı. Beş medal qazandıq. Nəticəni uğurlu saymaq olar. Hazırda Bakıda son hazırlıq prosesini keçirik.
Dörd ölkənin birgə təlim-məşq toplanışı çox effektlidir. Ümumiyyətlə, belə toplanışlar daim faydalı olur. Yoxlama görüşləri keçirilir və hazırlıq səviyyəsi yüksəlir. İnanıram ki, bunun müsbət nəticəsini lisenziya turnirində görəcəyik.
Yarışlara hazırlıqla bağlı heç bir problemimiz yoxdur. İdmançılarımızın potensialı yüksəkdir. Onlar Budapeştdə öz sözlərini deyəcəklər. Proqnoz vermək istəmirəm. Əlimizdən gələni edəcəyik ki, mümkün qədər çox lisenziya qazanaq”.