- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Sentyabrın 10-11-də İtaliyanın Rikkione cüdo üzrə açıq Avropa turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışa 36 ölkədən 406 idmançı qatılacaq. Azərbaycan turnirdə millinin baş məşqçisi Riçard Trautman və böyük məşqçisi Mövlud Mirəliyev, fiziki hazırlıq üzrə direktor Mark van der Ham, fiziki hazırlıq üzrə böyük təhlilçi Zaur Babayevi rəhbərliyi ilə 13 idmançı ilə mübarizə aparacaq.
Bunlar Rövşən Əliyev, Nazir Talıbov (hər ikisi – 60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov, Kəramət Hüseynov (66 kq), Rüstəm Orucov, Səid Mollayi, Zelim Tckayev (81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev, Məmmədəli Mehdiyev (100 kq), Uşanqi Kokauri və Camal Həmzətxanovdur (+100 kq).