- Baxış sayı: 7
- 25 Noyabr 2024 15:46
- Baxış sayı: 25
- Noyabr 25, 2024
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə çempionatının 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Zirə” – “Neftçi” matçının 69-cu dəqiqəsində “Neftçi”nin futbolçusu Etibar Süleymanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Kəpəz” – “Sumqayıt” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Qəbələ” – “Xəzər Lənkəran” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.