Əvəzedicilər də cəzasız qalmadılar

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 8-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Rəvan” – “Kəpəz” matçının 55-ci dəqiqəsində “Rəvan”ın futbolçusu İmran Təhmirazlı idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “Rəvan”ın futbolçusu Hüseyn Axundov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1000 manat cərimə olunub.

“Xəzər Lənkəran” – AzAL matçında AzAL-ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 31-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Əli Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.

Həmin kateqoriyadan