- Baxış sayı: 44
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 42
- Dekabr 05, 2025
- 0

Ötən gün Basketbol üzrə Azərbaycan kubokunda 1/8 final oyunları baş tutub.
Allsport.az xəbər verir ki, günün ilk oyununda NTD 87-73 hesabı ilə səfərdə “Lənkəran” üzərində rahat qələbə qazanıb və 1/4 finalda “Şəki” klubunun rəqibi olub. Abşeron olimpiya idman kompleksində keçirilmiş “Abşeron”-“Quba” oyununda isə azarkeşlər əsl trillerə şahidlik ediblər. Beləki, iki əlavə vaxtın yaşandığı görüşün sonunda “Abşeron” 96-94 hesabı ilə rəqibinə qalib gəlib və 1/4 finalda “Naxçıvan” klubuna rəqib olub.
1/8 finalın son iki oyunu (“Gəncə”-“Ordu”, “Sumqayıt”-“Neftçi”) bu gün baş tutacaq.