- Baxış sayı: 46
- 22 Mart 2026 15:42
- Baxış sayı: 275
- Mart 22, 2026
- 0
“1-ci divizionla bağlı bir layihə vermişik. İstəyirik ki, 1-ci divizonu Premyer Liqa ilə birləşdirək. Belə olarsa, çempionatda gərginlik artacaq”.
Allsport.az xəbər verir ki, bunu Antalyada jurnalistlərə açıqlamasında Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov məlumat verib.
Onun sözünə görə, Məşqçilər Komitəsi 1-ci divizion klublarının baş məşqçiləri ilə görüşüblər: “Soruşduq ki, 2 il ərzində 1-ci diviziondan hansısa futbolçu Premyer Liqaya gedibmi? “Yox” dedilər.
Onda 1-ci divizion nədən ötrüdür? Hər halda bu məsələyə federasiya rəhbərliyi qərar verəcək, biz sadəcə olaraq, tövsiyə etmişik”.